Ucar rayonunun Təzə Şilyan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.06.2013İyunun 15-də saat 14.20 radələrində Ucar rayonunun Təzə Şilyan kəndi ərazisində Yuxarı Şilyan kənd sakini Elşən Hacıyev idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı kanala aşırmışdır. Nəticədə E.Hacıyevin sərnişinlərindən Yuxarı Şilyan kənd sakini Kütahi Baxışova hadisə yerində ölmüş, digər sərnişinləri Xəncan Mahmudov, Gülnar İsrayılova və Yaqut Mahmudova isə xəstəxanaya yerləşdirilmişlər.
BDYP tərəfindən araşdırma aparılır.