Quldurluq etmiş Astara rayon sakinləri Elçin Əbilov və Yunis Xocaxanov tutulmuşlar
07.06.2013İyunun 6-da Astara rayonu ərazisində rayon sakinləri Elçin Əbilov və Yunis Xocaxanov Lerik rayon sakinləri Ələkbər Kərimovu və Elvin Suvarovu bıçaqla hədələyərək 45 manat pullarını onlardan almışlar.
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əbilov və Y.Xocaxanov tutulmuşlar.