Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.06.2013İyunun 8-də saat 01.00 radələrində Ağstafa rayonu ərazisində Yuxarı Göycəli kənd sakini Rafiz Əmiraslanovun idarə etdiyi "VAZ-2107" markalı və Qazax rayon sakini Tural Nəsibovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Əmiraslanov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, oğlu Fərid və Ağstafa rayon sakini Anar Abbasov, habelə T.Nəsibov və sərnişini, Qazax rayon sakini Qiyas Sarıyev isə xəstəxanaya yerləşdirilmişlər. T.Nəsibov orada ölmüşdür.
Aparılmış araşdırmalar zamanı T.Nəsibovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşının Qazax rayon sakini Səməndər Alıyevə məxsus olması və onun tərəfindən iyunun 8-də Qazax rayonu ərazisindən qaçırılması müəyyən edilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.