Magazadan oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Əşrəf Quliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir tutulmuşdur
07.06.2013Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də Manat Quliyevə məxsus magazadan tütün məmulatını oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Quliyev tutulmuşdur.
Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 2-də B.Dadaşov küçəsində Bakı şəhər sakini Səfər Məmmədova məxsus mağazadan tavanı sökmək yolu ilə 40 manat pul, ərzaq malları və tütün məmulatı, iyunun 3-də Stansiyayani küçəsində Bakı şəhər sakini Yavər Məmmədova məxsus mağazadan 250 manat pul, tütün məmulatı və iyunun 6-da Q.Vəzirov küçəsində Bakı şəhər sakini Vəli Nəzərova məxsus magazadan 70 manat pul danışıq kartları və tütün məmulatını oğurlaması müəyyən edilmişdir.