Əlvan Hüseynov Qələndar Abbasovu bıçaqla hədələyərək 12 manat pulunu ondan almışdır
13.01.2007Nizami rayonu Keşlə qəsəbəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əlvan Hüseynov, Yenikənd küçəsində yerləşən 3 saylı mərkəzi poçtamptın filialının şöbə rəisi Qələndar Abbasovu bıçaqla hədələyərək 12 manat pulunu ondan almışdır. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Hüseynov tutulmuşdur.