DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

13.01.2007

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qusar şəhər sakini Yaşar Məmmədovdan 0,301 qram heroin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Xəyal Xəlilovdan 0,242 qram heroin, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şamil Məmmədovdan 0,217 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qırmızı Sloboda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Moisey Raxamimovdan 0,565 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elməddin Musayevdən 0,267 qram heroin götürülmüşdür. Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayevdən 0,224 qram heroin götürülmüşdür. N.Ağayevə narkotik vasitəni satmış rayon sakini Kənan İsmayılov tutulmuşdur. Əli Bayramlı şəhər sakini Əliağa Hüseynov, həmyerliləri, əvvəllər məhkum olunmuş Bakir Səmədov və Elçin Ağakişiyevdən aldığı 0,087 qram heroini və 0,052 qram marixuananı könüllü olaraq Əli Bayramlı ŞPŞ-yə təhvil vermişdir.