DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Ələkbər İbrahimovu odlu silahla hədələyərək avtomaşınını və pulunu almış Rusiya Federasiyası vətəndaşı İbadət Nuriyev tutulmuşdur

13.01.2007

Saat 21:00 radələrində, Bakı şəhər sakini Ələkbər İbrahimov DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarına müraciət edərək, Salyan rayonunun Xıdırlı kəndi ərazisində naməlum şəxsin onu odlu silahla hədələyərək "VAZ-2107" markalı avtomaşınını, mobil telefonunu və 60 manat pulunu almasını bildirmişdir. Baş Dövlət Yol Polisi İdarəsi və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş Rusiya Federasiyası vətəndaşı İbadət Nuriyev Salyan rayonu ərazisindəki BDYPİ Yol Patrul Xidmətinin daimi postunda tutulmuşdur. Ondan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd bıçaq və 5 ədəd patron götürülmüşdür.