Qayınatası, qayınanası və qayınına odlu silahdan açılan atəşlə xəsarət yetirmiş Laçın rayon sakini Tural Allahverdiyev tutulmuşdur
30.05.2013Mayın 31-də Ağcabədi rayonunun Gələbədin kəndi ərazisindəki fermada yaşayan Laçın rayon sakini Tural Allahverdiyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qayınatası Cəbrayıl Hüseynova, qayınanası Güləsərə və qayını Valehə xəsarət yetirmişdir. C.Hüseynova, Güləsərə və Valehə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Allahverdiyev tutulmuşdur.