Qaçırdığı avtomaşınla qəza törədərkən Bakı şəhər sakini Nurlan Mehdiyev tutulmuşdur
30.05.2013Mayın 31-də Suraxanı rayonu Y.Günəşli qəsəbəsi "Q" yaşayış sahəsində "VAZ-21011" markalı avtomaşını idarə edən naməlum sürücü onu yolun kənarındakı ağaca vurub düşüb qaçarkən həmin ərazidə xidmət aparan 33-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.
Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurlan Mehdiyev olması və qeyd edilən avtomaşını həmin gün M.Rüstəmov küçəsindən qaçırması müəyyən edilmişdir.