Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz idman mərc oyunları təşkil edildiyi müəyyən edilmişdir

30.05.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Qaçaq Nəbi küçəsindəki tikilidə oranın icarədarları, Bakı şəhər sakinləri Vüsal Kərimovun, İqor Novikovun, Nuran Qədirovun, Abşeron rayon sakini Pərviz Novruzovun və Yevlax rayon sakini Rüfət Abışovun qanunsuz "BaltBet" idman mərc oyunları təşkil etməsi müəyyən edilmişdir.

Tikiliyə baxış zamanı 5617 manat məbləğində 345 ədəd kupon qəbzlərinin kötükləri, 1 ədəd noutbuk, 6 dəst kompyuter, 6 ədəd printer, 2 ədəd televizor, 2 ədəd monitor, 1 ədəd modem bloku, 2 ədəd anten bloku, müştərilərdən alınmış 441 manat pul və digər ləvazimatlar aşkar edilərək götürülmüşdür.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri C.Cabbarlı küçəsindəki çay evində oranın icarədarı, Bakı şəhər sakini Emil Baxşıyevin qanunsuz "ZenitBet" və «MegaBet» idman mərc oyunları təşkil etməsi müəyyən edilmişdir.

Çay evinə baxış zamanı 9050 manat məbləğində 302 ədəd kupon qəbzlərinin kötükləri, 2 dəst kompyuter, 2 ədəd printer, 2 ədəd televizor, 1 ədəd ştamp, müştərilərdən alınmış 52 manat pul və digər ləvazimatlar aşkar edilərək götürülmüşdür.

30.05.2013 tarixinə olan kriminal məlumatlar