Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonunda yaşayan Bəsti Mirzəyevanın Göyçay rayon sakini Sübhan Məmmədov tərəfindən mələfə ilə boğulması və torpağa basdırılması müəyyən edilmişdir

13.05.2013

Cari ilin aprel ayının 11-də paytaxtın Yasamal rayonu Qədirli küçəsində yaşayan Bəsti Mirzəyeva evdən çıxmış, geri qayıtmamışdır.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəsti Mirzəyevanın cari ilin aprel ayının 11-də Xətai rayonundakı Ş.Səmədov küçəsində kirayədə yaşayan Göyçay rayon sakini Sübhan Məmmədov tərəfindən mələfə ilə boğulması, meyitinin isə həmin küçədəki tikintisi başa çatmamış evin hamam otağında torpağa basdırılması müəyyən edilmişdir.

Bəsti Mirzəyevanın meyiti eksqumasiya edilmiş, S.Məmmədov isə tutulmuşdur.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.