Səbail rayonu Neftçilər prospektində yol-nəqliyyat hadisəsi
13.05.2013Mayın 14-də saat 03.50 radələrində Səbail rayonu Neftçilər prospektində Bakı şəhər sakini Elşən Əhmədturun idarə etdiyi "Prado" markalı və Bakı şəhər sakini Ruslan Yusufovun idarə etdiyi "Man" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Əhmədtur və sərnişini Samirə Niftalıyeva hadisə yerində ölmüş, xəsarət almış R.Yusufov isə xəstəxanaya yerləşdirilmişdir.
Səbail RPİ tərəfindən araşdırma aparılır.