Oğurluq etmiş Abşeron rayon sakini Atabala Abıyev və Quba rayon sakini Fəzail İbrahimov tutulmuşlar
13.05.2013Mayın 14-də metronun "28 May" stansiyasının ərazisində Ucar rayon sakini Könül Məmmədovaya məxsus mobil telefon çantasından oğurlanmışdır.
Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Abşeron rayon sakini Atabala Abıyev və Quba rayon sakini Fəzail İbrahimov tutulmuşlar.
A.Abıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun may ayının 13-də metronun "28 May" stansiyasının ərazisində Bakı şəhər sakini Asim Mürsəlova məxsus içərisində 2 manatı, bankomat kartı və şəxsi sənədləri olan kisəsini oğurlaması da müəyyən edilmişdir.