Nəsimi rayonu ərazisindəki çay evlərindən birində mərc oyunları təşkil olunması müəyyən edilmişdir
01.05.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisindəki çay evində oranın icarədarları - Bakı şəhər sakini Timur Məhəmmədovun, Rusiya Federasiyası vətəndaşı Elşən Bəxtiyarovun və Ukrayna vətəndaşı Ruslan Şaripovun mərc oyunları təşkil etmələri müəyyən edilmişdir.
Çay evinə baxış zamanı 5.000 manat dəyərində 322 ədəd qəbz kötükləri, 1 ədəd noutbuk, 1 ədəd printer, 3 ədəd televizor, 1 ədəd modem, 1 ədəd antena bloku, 1 ədəd "Ödənilib" sözü yazılmış ştamp və müştərilərdən alınmış 1636 manat, 13000 rubl və 100 dollar aşkar edilərək götürülmüşdür.