Mayın 1-də A.Rəhimova məxsus avtomaşını qaçırmış Sabirabad rayon sakinləri R.Teyfi-İbadov və E.Fətullayev saxlanılmışlar
01.05.2013Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 1-də Amid Rəhimova məxsus qaçırılmış "VAZ-21099" markalı avtomaşın may ayının 2-də rayon ərazisində tapılmışdır. Avtomaşını qaçırmış rayon sakinləri Rəsul Teyfi-İbadov və Emin Fətullayev saxlanılmışlar.