A.Bərxudarova məxsus avtomaşının qeydiyyat şəhadətnaməsini saxtalaşdırmış T.Misirov saxlanılmışdır
01.05.2013Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asif Bərxudarova məxsus "Nissan" markalı avtomaşının qeydiyyat şəhadətnaməsini saxtalaşdırmış Tural Misirov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhər sakinləri Hacı Əhmədova məxsus "Mercedes" markalı, Oktay Məmmədova məxsus "Nissan" markalı və Kazım Güllarova məxsus "KİA" markalı avtomaşınların qeydiyyat şəhadətnamələrini də saxtalaşdıraraq satması müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.