Oğurluq etmiş Biləsuvar rayon sakinləri Nahid Məmmədli və Xaləddin Abdullayev tutulmuşlar
29.04.2013Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Eynulla Mirzəyevə məxsus "VAZ-2121" markalı avtomaşından 80 manatını, 3 ədəd fləşkart və akumulyatoru oğurlamış rayon sakinləri Nahid Məmmədli və Xaləddin Abdullayev tutulmuşlar.
N.Məmmədlinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Adil Şəkərova məxsus "Mercedes" markalı avtomaşından 26 manatını və yaddaş kartı, Fariz Rəhimova məxsus "VAZ-21011" markalı avtomaşından isə 2 ədəd mobil telefon və 1 ədəd yaddaş kartını oğurlaması da müəyyən edilmişdir.