Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.04.2013Aprelin 30-da saat 22.30 radələrində Quba rayonu ərazisində Amsar kənd sakini Anar Aslanovun idarə etdiyi "Opel-Astra" markalı və 2-ci Nügədi kənd sakini Əlican Orucovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və A.Aslanovun sərnişini, oğlu Yusif, habelə Ə.Orucovun sərnişini, arvadı Səfurə xəstəxanaya yerləşdirilmişlər.
Quba RPŞ tərəfindən araşdırma aparılır.