Şabran rayonunun Gəndob kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.04.2013Aprelin 30-da saat 22.30 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində Xaçmaz rayon sakini Nurəddin Əlimuradovun idarə etdiyi "Hyundai" markalı və Sumqayıt şəhər sakini Elton Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Bununla əlaqədar kömək məqsədi ilə oraya gəlmiş Mollakamallı kənd sakinləri Sahib Orucov, Nicat Babayev və Hüseynağa Hüseynov bu zaman hadisə yerindən keçən Bakı şəhər sakini Mehman Quliyevin idarə etdiyi "Toyota" markalı avtomaşınla vurulmuşlar. Nəticədə H.Hüseynov və N.Babayev hadisə yerində ölmüş, S.Orucov isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.