Avtomaşın qaçırmış Quba rayon Aşağı Atuc kənd sakini Bəxtiyar Hüseynov tutulmuşdur
28.04.2013Aprelin 29-da Quba rayonunun Aşağı Atuc kəndi ərazisindən kənd sakini Zümrəddin Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır.
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün Qusar rayonunun Bədirqala kəndinin ərazisində əzilmiş vəziyyətdə tapılmış, avtomaşını qaçırmış Aşağı Atuc kənd sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Hüseynov tutulmuşdur.