Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.04.2013Aprelin 29-da saat 14.00 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində kənd sakini Bayram Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla yolu keçən Ağdaş rayon sakini Mülkədar Abbasovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Abbasov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.