Oğurluq etmiş Quba rayon sakini Fərasət Əhmədov və Rusiya Federasiyasının vətəndaşı Rüstəm Alırin tutulmuşlar
28.04.2013Aprelin 28-də metronun "İnşaatçılar" stansiyasında İsmayıllı rayon sakini Ziyafət Babayevaya məxsus içərisində 500 manat və təqaüd kartı olan pul kisəsi cibindən oğurlanmışdır.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Quba rayon sakini, əvvəllər məhkum olunmuş Fərasət Əhmədov və Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum olunmuş Rüstəm Alırin tutulmuşlar.