Gün ərzində 74 cinayət faktı qeydə alınmışdır
04.04.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınmış, onların da 35-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 10 nəfər yaralanmışdır. - 7 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.