Lənkəran rayonunun Göyşaban kəndində avtomaşınla piyada G.Nuriyevanı vurmuş sürücü R.Ağayev tutulmuşdur
04.04.2013Aprelin 5-də saat 12.00 radələrində Lənkəran rayonunun Göyşaban kəndində müəyyən edilməmiş avtomaşınla yolu keçən kənd sakini Gülüstan Nuriyeva vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Mercedes" markalı avtomaşının sürücüsü - Masallı rayon sakini Rahid Ağayev tutulmuşdur. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.