Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
04.04.2013Aprelin 5-də saat 09.00 radələrində Qaradağ rayonu ərazisində Qobustan qəsəbə sakini Nurəddin Rəfiyev idarə etdiyi "TOFAŞ" markalı avtomaşını qarşısında gedən Bakı şəhər sakini Arif Rzayevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə N.Rəfiyevin sərnişinlərindən Qobustan qəsəbə sakini Orxan Bəkirov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini - oğlu Məhəmməd isə xəstəxanaya yerləşdirilmişdir. DİN BDYPİ tərəfindən araşdırma aparılır.