Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad şəhər sakini N.Quliyevanın və onun iki azyaşlı qızının şəhər sakini M.Quliyev tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir

23.03.2013

Martın 23-də saat 23.00 radələrində Cəlilabad şəhəri 20 Yanvar küçəsində şəhər sakini Məzahir Quliyevə məxsus 3 otaqlı evdə yanğın baş verdiyindən 1 otağın yanar konstruksiyaları yanmışdır. Yanğın söndürüldükdən sonra M.Quliyevin arvadı Nahidənin və azyaşlı qızı Mədinənin bıçaqla qətlə yetirilmiş, digər azyaşlı qızı Nurayın isə yanmış meyitləri tapılmışdır.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  hadisənin şəhər sakini Musa Quliyev tərəfindən törədilməsi müəyyən edilmişdir.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri isə Cəlilabad RPŞ tərəfindən aparılır.

23.03.2013 tarixinə olan kriminal məlumatlar