Şəmkir rayonu ərazisində P.İbadullayev idarə etdiyi avtomaşını yolun kənarındakı evin divarına vurmuşdur
23.03.2013Martın 23-də saat 14.00 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Pərviz İbadullayev idarə etdiyi "Lada Priora" markalı avtomaşını yolun kənarındakı yaşayış evinin divarına vurmuşdur. Nəticədə P.İbadullayevin sərnişini - kənd sakini Rüstəm Qəhrəmanov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri Yasin İbadullayev, Polad Əhmədov və Əli Allahverdiyev isə xəstəxanaya yerləşdirilmişlər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.