Gəncə şəhər sakini İ.Xirətməndini odlu silahdan atəş açaraq yaralamış şəhər sakini E.Məmmədov tutulmuşdur
23.03.2013Martın 23-də Gəncə şəhər sakini İbrahim Xirətməndi evindən qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilmişdir. Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Gəncə şəhər sakini Elnur Məmmədov tutulmuş, ondan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür.