Qohumu Balamməd Əliyevi bıçaqla qətlə yetirmiş Neftçala rayon sakini Səbuhi Hüseynov tutulmuşdur
01.03.2013Martın 1-də Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində, rayon sakini Səbuhi Hüseynov münaqişə zəminində həmyerlisi, qohumu Balamməd Əliyevi bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmışdır. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov tutulmuşdur.