Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.03.2013Martın 1-də saat 22.00 radələrində Qazax rayonu ərazisində, Sənan Paşayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla, Məmməd Şərifovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə S.Paşayevin sərnişinlərindən Araz Quliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.