Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Məlik Musayevin evində təbii qazın sızmasından partlayış baş vermişdir
01.03.2013Martın 1-də saat 07.10 radələrində, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Məlik Musayevin evində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə evin tavanına ziyan dəymiş, pəncərə şüşələri sınmış, M.Musayevin yanıq xəsarəti almış 5 nəfərdən ibarət ailə üzvləri xəstəxanaya yerləşdirilmişlər.