Axtarışda olan Gürcüstan vətəndaşı Kibar Khalvaşi tutulmuşdur
16.01.2013Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikası CM-nin 180-ci (dələduzluq), 182-ci (mənimsəmə), 194-cü (çirkli pulların yuyulması), 210-cu (saxta sənəd), 332-ci (vəzifə səlahiyətlərindən sui istifadə) 341-ci (saxtakarlıq) və 342-ci (tutduğu vəzifəyə yararsızlıq) maddələri ilə axtarışda olan Gürcüstan vətəndaşı Kibar Khalvaşi tutulmuşdur.