Zəng edərək bilə-bilə yalan məlumat vermiş Gəncə şəhər sakini Xəyal Məmmədov tutulmuşdur
16.01.2013Yanvarın 16-da saat 18.08-də "102" xidmətinə zəng etmiş naməlum şəxs Gəncə şəhəri "Məhrəsə bağı" adlanıdırlan ərazidəki 13 mərtəbəli iki binanı partladacağını bildirmişdir. Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, şəhərdəki kafelərdən birində, zəng edərək bilə-bilə yalan məlumat vermiş şəhər sakini Xəyal Məmmədov tutulmuşdur. Faktla əlaqədar cinayət işi başlanmışdır.