Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16.01.2013Yanvarın 16-da saat 01.00 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Elçin İsmayılovun idarə etdiyi "VAZ-2107" və Ağdam rayon sakini Teymur Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Hüseynov orada ölmüşdür.