Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində silahlı insident baş vermişdir
06.01.2013Yanvarın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində, qəsəbə sakinləri Əsəd Əliyev, onun oğlu Məhəmməd və qardaşı Seymur münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevə və Sadiq Musayevə tapançadan, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetirmişlər. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. E.Bayramzadə və E.Əliyev orada ölmüş, S.Musayevin vəziyyəti isə qənaətbəxşdir. Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əliyev və M.Əliyev tutulmuş, hadisə törədilərkən istifadə edilmiş 1 ədəd "Makarov" tipli tapança və bıçaq onlardan götürülmüş, Seymurun tutulması üçün tədbirlər davam etdirilir.