Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.01.2013Yanvarın 6-da saat 21.50 radələrində Bakının Nizami rayonu ərazisində, şəhər sakini Rüfət İsmayılov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən 55-60 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölmüşdür.