Nərimanov rayonu ərazisində yaşayan Ələkbər Əliyevin mənzilində təbii qazın sızmasından partlayış baş vermişdir
06.01.2013Yanvarın 6-da saat 20.50 radələrində Nərimanov rayonu ərazisində yaşayan Ələkbər Əliyevin mənzilində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə mənzilin eyvanı yararsız hala düşmüş, ev sahibi isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.