Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
04.01.2013Yanvarın 4-də saat 20.00 radələrində Qazax rayonu ərazisində, rayon sakinləri Anar Novruzovun idarə etdiyi "Mercedes" və Məmməd Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Əhmədovun sərnişini İbrahim Əliyev hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.