Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Ramil İbrahimov digər cinayət əməlləri müəyyən edilmişdir
04.01.2013Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il yanvarın 29-da Şəmsiyyə Əhmədovanın evindən 1400 dollar, 400 manat pul, 1 ədəd videokamera, 1 ədəd fotoaparat və 6000 manat dəyərində qızıl əşyaları oğurlamış Bakı şəhər sakini Ramil İbrahimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2010-cu il oktyabrın 24-də və dekabrın 31-də Orxan Mustafayevə məxsus mağazadan geyim əşyaları və Ramiz Cəfərovun mənzilindən 7000 dollar pul və 9500 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.