Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki daş karxanasındakı yardımçı otaqda yanğın baş vermişdir
04.01.2013Yanvarın 4-də saat 11.00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki "Karvansaray" daş karxanasındakı yardımçı otaqda yanğın baş vermişdir. Nəticədə bütövlükdə yardımçı otağın yanar konstruksiyaları, oradakı əşyalar və həmin an orada olmuş karxanada fəhlə işləyən Cəlilabad rayon sakini Rövşən İsmayılov yanmışdır.