Əri Türkan qəsəbə sakini Mütəllim Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Züleyxa Əliyeva tutulmuşdur
29.12.2012Dekabrın 29-da saat 23.30 radələrində Xəzər rayonunun Türkan qəsəbə sakini Mütəllim Məmmədov evindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və aldığı xəsarətdən dekabr ayının 30-da orada ölmüşdür. Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin ailə-məişət münaqişəsi zəminində M.Məmmədovun arvadı Züleyxa Əliyeva tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.