Qax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.12.2012Dekabrın 29-da saat 20.40 radələrində Qax rayonu ərazisində, rayon sakini Qalib Ramazanov "QAZ-3110" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında saxlanılmış "Belarus" markalı traktora vurmuşdur. Nəticədə Q.Ramazanovun sərnişini Sərxan Poladov hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.