Ağcabədi rayonu ərazisində bıçaqlanma hadisəsi
29.12.2012Dekabrın 29-da saat 17.00 radələrində Ağcabədi rayonu ərazisində, Şuşa rayon sakini Tural Əlizadə münaqişə zəminində şəhər sakini Novruz Hüseynova, N.Hüseynov isə köməyə gəlmiş T.Əlizadənin qardaşı Hafizə bıçaqla xəsarət yetirmişlər. T.Əlizadə tutulmuş, N.Hüseynov və Hafiz xəstəxanaya yerləşdirilmişlər. Hafizə tibbi yardım göstərildikdən sonra buraxılmış, N.Hüseynovun vəziyyəti isə ağırdır.