Arvadı Lətafət Ağayevanı qətlə yetirmiş Lənkəran rayonunun Tükəvilə kənd sakini Fuad Kəlbiyev tutulmuşdur
19.12.2012Dekabrın 19-da saat 09.25 radələrində Lənkəran rayonunun Tükəvilə kəndində, kənd sakini Fuad Kəlbiyev evində, qısqanclıq zəminində arvadı Lətafət Ağayevaya bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş L.Ağayeva orada ölmüş, F.Kəlbiyev Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən tutulmuşdur.