Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Tapdıq İbrahimovun digər cinayət əməli də müəyyən edilmişdir
19.12.2012Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də Zaur İsayevə məxsus avtomaşından və Zahir Əmirova məxsus mağazadan oğurluq etmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Tapdıq İbrahimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun dekabrın 8-də Rəşad Osmanova məxsus qapı-pəncərə emalatxanasından və dekabrın 17-də Cahan Babayevaya məxsus mağazadan da oğurluq etməsi müəyyən edilmişdir.