Avtomaşın qaçırmış Masallı rayon sakini Yusif Yusifov avtomaşınla birgə saxlanılmışdır
19.12.2012Dekabrın 19-da saat 09.30-dan 12.00-dək olan müddət ərzində, Nizami rayonu ərazisində yaşayan Saleh Allahyarova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər, "102" Zəng Mərkəzi, Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Masallı rayon sakini Yusif Yusifov avtomaşınla birgə saxlanılmışdır.