Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Masallı rayon sakini Ramin Eynalov tutularkən 3 polis əməkdaşına və özünə bıçaqla xəsarət yetirmişdir

12.12.2012

Dekabrın 12-də Xəzər RPİ əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan qardaşı Sahibin evində gizlənməsi müəyyən edilmişdir.
R.Eynalovun tutulması üçün həmin ünvana 3 nəfərdən ibarət əməliyyat qrupu gəlmişdir.
R.Eynalov saxlanılarkən qardaşı Sahiblə birgə bıçaq və küt alətlərlə polis əməkdaşlarına hücum etmiş və onlara xəsarət yetirmişlər. Sonradan R.Eynalov bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirmişdir.
Görülmüş tədbirlər nəticəsində Sahib tutulmuş, R.Eynalov isə xəstəxanaya yerləşdirilmişdir.
Araşdırma aparılır.

12.12.2012 tarixinə olan kriminal məlumatlar