Bakı şəhər sakini Nazim Nəcəfova məxsus mənzildə təbii qazın sızmasından ani partlayış baş vermişdir
12.12.2012Dekabrın 12-də saat 08.30 radələrində Nərimanov rayonu A.M.Cümə küçəsində Bakı şəhər sakini Nazim Nəcəfova məxsus mənzildə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mənzilin pəncərə şüşələri sınmış, evdəki əşyalar dağılmış, orada kirayədə yaşayan Qazaxstan vətəndaşı Anastasiya Qudinova yanıq xəsarəti aldığından xəstəxanaya yerləşdirilmişdir.