Ağdaş rayon sakini Elturan Yusibov tutulmuşdur
12.12.2012Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin noyabr-dekabr aylarında müxtəlif vaxtlarda İqbal Bəşirova məxsus "MG-350" markalı avtomaşından 1 ədəd mobil telefonu, Vəzir İsmayılova məxsus "Mercedes" markalı avtomaşından 2 manat pulu, Bəyalı Məmmədova məxsus "Kia" markalı avtomaşından şəxsi sənədləri, Salman Hacıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşından 1700 manat pul və 1 ədəd saatı, Rüfət İsayevə məxsus "Nissan" markalı avtomaşından ətir oğurlamış, Rəşad Dadaşova məxsus "KİA-Sportage" markalı avtomaşından isə oğurluğa cəhd göstərmiş, eləcə də Məmmədiyə Əbdülrəhimova məxsus "Hyundai İX-35" markalı avtomaşının yan şüşəsini sındırmış Ağdaş rayon sakini Elturan Yusibov tutulmuşdur.