Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.12.2012Dekabrın 8-də saat 12.00 radələrində Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində, rayon sakini Sabir Cəfərovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini Rəşid Əsədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və S.Cəfərovun sərnişini xəstəxanaya yerləşdirilmişlər.